İrakli Kobaxidze: Radikal müxalifətdən fərqli olaraq, namizəd statusu ilə bağlı nikbin gözləntilərimiz var
"Tez-tez skeptik bəyanatlar eşidilir, ilk növbədə Ukraynaya qarşı, bu, təbii ki, bizə də, Moldovaya da təsir edəcək, lakin buna baxmayaraq, bizim gözləntilərimiz hələ də optimistdir".
InterPress.ge xəbər verir ki, bu barədə İrakli Kobaxidze “Gürcü Arzusu”nun ofisində keçirdiyi brifinqdə Gürcüstanın Avropaya inteqrasiya perspektivlərindən danışarkən bildirib.
Hakim partiyanın sədri bu nikbinliyin səbəblərini də açıqlayb.
“Birincisi, bu vəziyyətdə Gürcüstan, Ukrayna və ya Moldovaya namizəd statusunun verilməməsi tamamilə məntiqsiz olardı , ikincisi, Aİ Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı konkret mesaj verir. Mesaj xüsusilə də Aİ-nin Rusiyanın reaksiyasından qorxmadığını və Rusiyanın işğalı altında olan 3 ölkə ilə həmrəy olduğunu ifadə edir. Bu mesaj Ukrayna, Moldova və ya Gürcüstandan söhbət gedəndə niyə səsləndirilməməlidir? Ona görə də Aİ ölkələrində xüsusilə Ukraynaya qarşı mövcud olan bütün skeptisizmlərə baxmayaraq, planlarını fərqli ssenari əsasında quran radikal müxalifətdən fərqli olaraq, bizim nikbin gözləntilərimiz var”, - Kobaxidze bildirib.


