Gürcüstanda təbii qazın qiymətinin artması gözlənilir
2023-cü ildən qaz istehlakı tariflərinin artırılması gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri David Narmania məlumat verib.
“Son illər idxal olunan elektrik enerjisinin qiyməti artıb, lakin indiki mərhələdə tariflərə təzyiq yoxdur. Keçən il yağıntılar bol olduğundan hasilat artdı, Enquri SES bərpa olundu, bu tendensiya davam edir, yağıntının çox olması səbəbindən biz daha ucuz elektrik enerjisi istehsal etdik. Ona görə də bu mərhələdə artım gözlənilmir.
Qaza gəlincə, təbii qazın mövcud tarifləri 2022-ci ilin sonuna kimi müəyyən edilib, bundan sonra yeni istehlak tarifləri müəyyən ediləcək. Biz tədarük olunacaq qazın qiymətində böyük artım gözləmirik, baxmayaraq ki, bəzi komponentlər qiyməti artıracaq, lakin bu, böyük olmayacaq”, - David Narmania bildirib.


