Sərhəd Polisi sərhədi qanunsuz keçməyə cəhd edən 3 əcnəbi vətəndaşı saxladı
Sərhəd polisi qrup halında sərhədi qanunsuz keçməyə cəhd edən 3 əcnəbi vətəndaşı saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Sərhəd Polisi İdarəsi yayıb.
Daxili İşlər Nazirliyinin Sərhəd Polisi İdarəsinin əməkdaşları Batumidə “Kirnati” sərhəd sektorunun mühafizə hissəsində həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı - 1996-cı il təvəllüdlü P.İ. və Türkiyə Respublikasının iki vətəndaşını - 1990-cı il təvəllüdlü S.H. və 1989-cu il təvəllüdlü Ç.K.-nı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etmək ittihamı ilə saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qrup halında sərhəd-keçid məntəqəsindən yan keçməklə dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə araşdırma aparılır.
Bu cinayətə görə maksimum 4 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.


