04 
Iyn
2022
22:13
790

Aİ Rusiyaya qarşı yeddinci sanksiya paketi üzərində işləyir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində işə başlayıb. 

InterPress.ge xəbər verir ki, bunu müsahibəsində Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.

Onun sözlərinə görə, sanksiyalar daha da sərt olmalıdır.

"Rusiyanın sata biləcəyi qaz kontekstində, eləcə də bütün Rusiya banklarının SWIFT proqramından ayrılması kontekstində sanksiyalar daha da sərtləşdirilməlidir. Mən əsasən "Qazprombank"dan danışıram”, - deyə Yablonski bildirib.

Onun bildirdiyinə görə, Rusiyanın təchizatından öz sənayesində istifadə edə biləcəyi texnologiyalara da embarqo qoymaq lazımdır. Birinci polşalı diplomatın fikrincə, Rusiyanın Avropadakı aktivlərini nəinki onları dondurmaq müsadirə etmək lazımdır.

Onun bildirdiyinə görə, artıq bu istiqamətdə işlər aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər