09 
Iyn
2022
10:44
301

Ukrayna hərbçiləri cənubda 30 işğalçını və üç sursat anbarını məhv edib

Ukrayna silahlı qüvvələri ölkənin cənub bölgəsində 30 işğalçını və 3 sursat anbarını məhv edib.

InterPress.ge xəbər verir ki, bunula bağlı "Cənub" Əməliyyat Komandanlığı açıqlama yayıb.

“Düşmən işğal altındakı müdafiə xəttində hərbi əməliyyatları davam etdirir. Düşmən bizim bölmələrimizin mövqelərindən çıxmağa çalışır, lakin nəticəsiz – geri çəkilir, ölənləri, yaralıları və zədələnmiş texnikaları buraxır”, - məlumatda deyilir.

Onların sözlərinə görə, Ukraynanın raket və artilleriya bölmələri 30 rus işğalçısını, iki zirehli texnikanı və dörd hərbi maşını məhv edib. Həmçinin, Xerson bölgəsinin müxtəlif yaşayış məntəqələrində üç sursat anbarı məhv edilib.

“Cənub” operativ komandanlığı onu da bildirib ki, gün ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin təyyarələri düşmənin ən azı 10 zirehli texnikasını məhv edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər