Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Birinci rübdə Gürcüstanda həyata keçirilən investisiyaların həcmi nə qədər təşkil edib?

301
Birinci rübdə Gürcüstanda həyata keçirilən investisiyaların həcmi nə qədər təşkil edib?
Dinləmək üçün basın

ilkin məlumatlara görə, 2022-ci ilin birinci rübündə Gürcüstana birbaşa xarici investisiyaların həcmi 568,2 mln dollar təşkil edib ki, bu da 2021-ci ilin birinci rübünün ilkin məlumatlarına görə 435,7 mln ABŞ dolları…

ilkin məlumatlara görə, 2022-ci ilin birinci rübündə Gürcüstana birbaşa xarici investisiyaların həcmi 568,2 mln dollar təşkil edib ki, bu da 2021-ci ilin birinci rübünün ilkin məlumatlarına görə 435,7 mln ABŞ dolları ilə artıqdır (4,3 dəfə).

lnterpress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən məlumat verilib.

Geostatın məlumatına görə, artım, əsasən, kapitalın və təkrar investisiya faizlərinin artması ilə bağlıdır.

2022-ci ilin birinci rübündə Gürcüstana birbaşa sərmayə qoyan ilk üç ölkə belə görünür: İspaniya 196,1 milyon dollarla birinci yerdədir ki, bu da ümumi birbaşa xarici investisiyanın 34,5 faizini təşkil edir, ikinci yerdə 87,2 milyon dollarla (15,3 faiz) Böyük Britaniya gəlir, üçüncü yerdə isə Türkiyədir  67,1 milyon dollarla (11,8 faiz).

2022-ci ilin birinci rübündə ən böyük birbaşa xarici investisiya enerji sektoruna qoyulub və 236,4 mln ABŞ dolları təşkil edib ki, bu da ümumi birbaşa xarici investisiyaların 41,6 faizini təşkil edir. İkinci yerdə maliyyə sektoru gəlir - 111,1 mln ABŞ dolları ilə (19,5 faiz), 81,3 milyon ABŞ dolları ilə (14,3 faiz) daşınmaz əmlak sektoru üçüncü sıradadır.

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →