Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Binadan üzərinə əşyanın düşməsi nəticəsində xəsarət alan gəncin son vəziyyəti

462
Binadan üzərinə əşyanın düşməsi nəticəsində xəsarət alan gəncin son vəziyyəti
Dinləmək üçün basın

Batumidə tikilməkdə olan binanın yaxınlığında xəsarət alan 20 yaşlı gənc Batumi Beynəlxalq Universitet Xəstəxanasında başından əməliyyat olunub.

lnterPress.ge xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

Məlumata görə, 20 yaşlı oğlanın vəziyyəti ağırdır, reanimasiya şöbəsində tənəffüsü idarə olunur.

Məlumat üçün bildirək ki, dünən əşyanın binadan düşməsi nəticəsində vətəndaş ağır kəllə-beyin travması alıb.

Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin mədən-tikinti təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə araşdırmalara başlayıb.

Batumi Şəhər İcra Hakimiyyətinin Bələdiyyə Müfəttişliyi faktla bağlı araşdırmalara başlayıb.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →