13 
Iyn
2022
15:34
336

İrakli Ğaribaşvili: "dövlətimiz "Borjomi" fabrikinin ortaq sahibi olacaq"

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, “Borjomi”nin səhmdarları ilə danışıqlar uğurla başa çatıb. Onun qeyd etdiyinə görə, dövlət “Borjomi” fabrikinin ortaq mülkiyyətçisi olacaq.

lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir hökumətin bugünkü iclasında bildirib.

Onun qeyd etdiyinə görə, “Borjomi” şirkətinin işçilərinin idarə edilməsində və istismarında üzləşdiyi bütün problemlər aradan qaldırılacaq.

“Bildiyiniz kimi, mən bir neçə həftə əvvəl ictimaiyyətə demişdim, söz vermişdim ki, bir neçə həftədən sonra xoş məlumatlar verəcəyəm. Nəzərinizə çatdırım ki, bu gün biz Borjomi şirkətinin səhmdarları ilə danışıqları uğurla başa çatdırmışıq və dövlətimiz, Gürcüstan hökuməti Borjomi fabrikinin sahibi olan qrupun səhmdarı olacaq və bu təmənnasız sövdələşmədir. Biz səhmləri təmənnasız köçürəcəyik və bundan sonra dövlətimiz milli sərvətimiz, iftixarımız olan “Borjomi” fabrikinin ortaq sahibinə çevriləcək. “Borjomi”nin və onun işçilərinin idarəetmədə, istismarda yaşadığı bütün problemlər aradan qaldırılacaq. Biz bu məsələni beynəlxalq tərəfdaşlarımızla razılaşdırdıq, Böyük Britaniyada məsləhətləşmələrimiz oldu. Xüsusi vurğulamaq istərdim ki, bu sövdələşmə beynəlxalq hüquq normalarına tam uyğun olaraq bağlanıb.

Bu əməliyyatın uğurla başa çatdırılması üçün çox fəal işləyən İqtisadiyyat və Ədliyyə Nazirliyinə təşəkkür etmək istərdim. Ona görə də “Borjomi”nin hər bir əməkdaşını təbrik edirəm. 50 işçi işdən çıxarılıb. Bu barədə sizə keçən həftə dedim ki, Zurab Azaraşviliyə göstəriş vermişəm və Zurab fəal iştirak edir, dövlət bizim müəssisənin şərikli sahibi olandan sonra təbii ki, biz daha fəal olacağıq, işə qarışacağıq və bütün problemləri həll edəcəyik. Mən bütün həmvətənlərimizə müraciət edirəm ki, bir nəfər də olsun həqiqətdən kənar qalmayacaq, heç bir vətəndaşımız zülmə məruz qalmayacaq. Bilirəm ki, bəzi suallar var idi, bütün suallara cavab verilməlidir. Cənab Zurab və cənab Levan, siz də bu prosesdə iştirak edəcəksiniz və yaxşı olar ki, bu məsələyə tez bir zamanda son qoyulsun ki, insanlarda kiminsə haqsız yerə zülmə məruz qalması hissi olmasın və onların bütün ədalətli tələbləri yerinə yetirilsin. Heç bir səs-küy olmamalıdır və heç kim kiminsə zülmə məruz qaldığını düşünməməlidir", - deyə  baş nazir bildirib.
 

Bizimlə əlaqə saxlayın