Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ səfiri: "Mən insanların ABŞ-ın Gürcüstana qarşı işlədiyini dediklərini eşidirik"

542
ABŞ səfiri: "Mən insanların ABŞ-ın Gürcüstana qarşı işlədiyini dediklərini eşidirik"
Dinləmək üçün basın

“Mən insanların ABŞ-ın Gürcüstana qarşı işlədiyini, Gürcüstanı müharibəyə sürükləməyə və ya ikinci cəbhə açmağa çalışdığını dediklərini eşidirik və bu 100% Rusiya dezinformasiyasıdır, bu doğru deyil”.

“Mən insanların ABŞ-ın Gürcüstana qarşı işlədiyini, Gürcüstanı müharibəyə sürükləməyə və ya ikinci cəbhə açmağa çalışdığını dediklərini eşidirik və bu 100% Rusiya dezinformasiyasıdır, bu doğru deyil”.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan mediaya deyib. 

Onun sözlərinə görə, ABŞ bu müharibəni dayandırmaq üçün əlindən gələni edib.

Səfirin sözlərinə görə, hələ hərbi əməliyyatlar başlamazdan əvvəl bu müharibənin qarşısını almaq üçün ən çox çalışan ölkə ABŞ olub.

“Biz Gürcüstanın bu müharibədə iştirakını qətiyyən istəmirik. Fikrimizcə, Aİ və NATO-nun müdafiə etdiyi şey sülh, sabitlik və rifahdır. Siz bunu Avropanın hər bir ölkəsində, Şimali Amerikada- Avro-Atlantik icmasının üzvü olmaqdan gələn sabitlik, firavanlıq və sülhü görə bilərsiniz. Biz bunu Gürcüstan üçün də istəyirik. Biz bilirik ki, gürcü xalqı da bunu istəyir. Beləliklə, biz Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Avro-Atlantik dövlətlər ailəsinə tam inteqrasiyasına dair güclü öhdəliyimizi davam etdirəcəyik”, - Deqnan bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →