14 
Iyn
2022
20:16
284

"Bloomberg": "ABŞ hökuməti kənd təsərrüfatı və gəmiçilik şirkətlərini gizli şəkildə daha çox Rusiya gübrəsi almağa və göndərməyə çağırıb"

Bloomberg anonim mənbələrə istinadən xəbər verir ki, ABŞ hökuməti kənd təsərrüfatı və gəmiçilik şirkətlərini gizli şəkildə daha çox Rusiya gübrəsi almağa və göndərməyə çağırıb. 

InterPress.ge xəbər verir ki, Bloombergin məlumatına görə, ABŞ və Aİ rəsmiləri Moskvanı Ukraynadan ixracı əngəllədiyi üçün ərzaqdan silah kimi istifadə etməkdə ittiham ediblər.

 Rusiya özü isə bu ittihamları rədd edir və gecikməyə Qərbin sanksiyaları səbəb olduğunu deyir.

Eyni zamanda, "Bloomberg" yazır ki, ABŞ və Aİ Rusiyadan gübrə almağa icazə verən bir istisna edib. Buna baxmayaraq, bir çox daşıyıcı, bank və sığorta şirkətləri qaydaları pozmamaq üçün hələ də Moskva ilə ticarət etmək istəmirlər. Nəticədə bu il Rusiyadan gübrə ixracı 24% azalıb.

 "Bloomberg" xəbər verir ki, ABŞ rəsmiləri şirkətlərin həddindən artıq ehtiyatlı olmasından təəccüblənirlər və bunu aradan qaldırmağın yollarını axtarırlar.

“Bloomberg” yazır ki, bütün bunlar bir tərəfdən Putinə təzyiqləri artırmağa çalışan, digər tərəfdən isə qlobal iqtisadiyyata daha az zərər vurmaq istəyən Vaşinqtonun qarşısında duran çətinliyi vurğulayır. “Bloomberg”in yazdığına görə, bu il kifayət qədər miqdarda gübrə ixrac olunmasa, bu, gələn ilin məhsuluna təsir edəcək.

Bizimlə əlaqə saxlayın