Gürcüstan prezidenti Salome Zurabişvili aksiya elan etdi. Salome Zurabişvilinin sözlərinə görə, mitinq iyunun 16-da paytaxtın mərkəzində, Avropa meydanında keçiriləcək.
InterPress.ge xəbər verir ki, Prezident hamını mitinqə qoşulmağa çağırır.
"Hamını hippodroma deyil, Rike, Avropa Meydanına toplaşmağı, bir-birimizi görməyi və özümüzü Avropaya göstərməyi təklif edirik" dedi prezident.
Onun sözlərinə görə, mitinqdə heç bir siyasi çıxış olmayacaq.
