15 
Iyn
2022
10:28
296

Zelenski: Putinlə danışıqlara hazıram

"Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazıram".

InterPress.ge xəbər verir ki, bu barədə  Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, rus ordusunun dayanıb-dayanmayacağına yalnız Rusiya prezidenti qərar verir.

“Rusiya bu müharibəni dayandırmaq istəyirsə, danışıqlar masasına oturmalıdır. Ukrayna olmadan Ukrayna ilə bağlı danışıqlar masası mümkün deyil. Ona görə də bu danışıqlar birbaşa olmalıdır. Biz vasitəçilərlə və vasitəçilər olmadan danışa bilərik. Əgər Rusiya Federasiyası müharibəni bitirməyə hazırdırsa, bu da ərazilərimizdən çəkilmək deməkdir, mən şəxsən hər an belə formata hazıram",  - deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, müharibəni bitirmək üçün bütün imkanlardan istifadə etmək lazımdır.

Bizimlə əlaqə saxlayın