15 
Iyn
2022
11:50
335

Polis üç nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Kaxeti Polis İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi və Kaxetidə 3 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

1976-cı il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş K.X. dəstə şəklində pul tələb etməkdə təqsirli bilinib, keçmişdə müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslər - 1987-ci il təvəllüdlü Q.B. və 1975-ci il təvəllüdlü T.Ğ. isə dəstə şəklində pul tələb etmək və zorakılıq ittihamı ilə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər vətəndaş E.B.-dən zorakılıq tətbiq etməklə 4000 lari tələb ediblər. Q.B. və T.Ğ. pulun təyin olunan müddətdə ödənilməməsi səbəbindən onu ölümlə təhdid ediblər və xəsarət yetiriblər. Növbəti zorakılığın qarşısını almaq üçün E.B. tələb olunan məbləği müttəhimlərə təhvil verib.

Hüquq-mühafizə orqanları Tbilisi və Kaxetidə eyni vaxtda keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində hər üç şəxsi saxlayıb. Polis Q.B.-nin idarə etdiyi avtomobilə baxış zamanı avtomat silah və müxtəlif sursatları müsadirə edib.  K.X. və T.Ğ.-dan şəxsi yoxlanma zamanı narkotik vasitə götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi “və 126-cı maddəsinin 1-ci hissəsinin “b” bəndi ilə araşdırma aparılır.

Cinayətlər 4 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın