16 
Iyn
2022
20:08
627

Gürcüstan Prezidenti: "Gürcüstanın taleyi və perspektivi Avropadadır"

 "Mən bu gün burada prezident deyiləm, mən bu ölkəyə yazığım gələn və bu ölkənin (Avropadan başqa) gələcəyinin olmadığına inanan bir vətəndaşam."

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Meydanında öz təsəbbusu ilə baş tutan mitinqdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, biz hesab edirik ki, Gürcüstanın taleyi və perspektivi Avropadadır.

“Bu gün əsas mesaj ondan ibarətdir ki, biz bura hazırlıqsız, qeyri-mütəşəkkil gəlmişik, bu mənim məqsədim və seçimimdir, sizin vərdiş etdiyiniz və ya hansısa partiya iclasları olmaq deyil. Bu gün özünü ifadə etmək istəyən vətəndaşlar - biz hesab edirik ki, Gürcüstanın taleyi və perspektivi Avropada unikaldır. Bunu bir-birimizə dinc şəkildə göstərmək istəyirdik. Təəssüf ki, indi biz avropalı olduğumuzu çox göstərə bilmirik ancaq
 Avropaya doğru irəliləyirik. Burada vacib olan odur ki, hamı sərbəst gəlsin, heç kimin heç kimdən daha çox haqqı yoxdur. Mən adi vətəndaşam, burada prezident deyiləm. Çox vaxt bəzən bir tərəf, bəzən qarşı tərəf mənim prezident olduğumu unudur və ya prezident olduğumu etiraf etmək məcburiyyətində deyil. Mən bu gün burada prezident deyiləm, bu ölkə üçün ürəyi olan, bu ölkənin başqa gələcəyinin olmadığına inanan vətəndaşlardanam. Olduğum yerdən, lazım gələrsə başqa yerdən də bacardığım qədər bu perspektivi reallaşdırmaq üçün əlimdən gələni edəcəyəm. Mən bu mitinqdən heç nə gözləmirdim, açıq şəkildə dedim ki, bu, siyasi partiyaların toplantısı deyil, bu, azad insanların toplantısıdır ki, biz uşaqlarımıza necə gələcək istəyirik”, - Salome Zurabişvili bildirib.

Jurnalistlərin prezidentin iyunun 20-də elan edilən mitinqə qatılıb-qatılmayacağı ilə bağlı sualına Salome Zurabişvili deyib ki, “siyasi çağırışlar və təşkilatlar olan yerdə prezident ikinci və üçüncüyə yox, birinə gedə bilməz”.

“Mən siyasi görüşlərə getmirəm."- Prezident qeyd edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər