20 
Iyn
2022
16:30
202

Marneuli meriyası: 30 illik fasilədən sonra Xıxanı və Şaumiani kəndlərində suvarma sistemi işə salındı

Marneuli bələdiyyəsinin Şaumiani və Xıxanı kəndlərinin sakinləri 30 illik fasilədən sonra bu il ilk dəfə suvarma suyundan istifadə edəcəklər.

InterPress.ge xəbər verir ki,  bu barədə Marneuli Bələdiyyəsi məlumat yayıb.

Onların sözlərinə görə, Xıxanı və Şaumiani kəndlərində 30 ildir ki, suvarma şəbəkəsi fəaliyyət göstərmir.

Gürcüstan meliorasiyasının həyata keçirdiyi layihə nəticəsində bərpa edilmiş suvarma sistemi vasitəsilə 1000 hektardan çox kənd-təsərrüfatı sahəsi suvarılacaq.

“Görülən işlər çərçivəsində nasos stansiyalarının tikintisi, boru kəmərlərinin, supaylayıcı qovşaqların, su hövzələrinin və digər meliorativ qurğuların  quraşdırılması  həyata keçirilib. Layihənin dəyəri 3,8 milyon lari təşkil edib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamuqiya, Kvemo Kartli üzrə Dövlət Nümayəndəsi Qiorqi Doxturişvili, Gürcüstan Parlamentində Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Marneulinin meri Kənan Ömərov, Sakrebulonun sədri Amiran Qiorqadze, "Gürcüstan Meliorasiyası"-nın baş direktoru Tenqiz Nasaridze, regionun digər rəhbərləri ilə birlikdə Marneulidə, Xixani kəndinin sakinləri ilə görüşüb, bərpa olunmuş meliorativ infrastruktura yerində baxış keçiriliblər",- deyə məlumatda qeyd olunub.

 

 

Bizimlə əlaqə saxlayın