20 
Iyn
2022
18:21
503

"Qanun" hüquqi yardım mərkəzi Çalka bələdiyyəsində əhali ilə görüş keçirib-FOTO

Hüquqi Yardım Mərkəzi "Qanun" təmənnasız hüquqi xidmət layihəsi çərçivəsində növbəti qəbul günü görüşlərini bu defə Çalka rayonunda keçirib. 

Çalka rayonunda azərbaycanlıların yaşadığı 4 kənd yerləşir: Ar-Sarvan kəndi, Tecisi (Culuxlu) kəndi, Çoliani (Qızılhacılı) kəndi, Godaklari (Gödəkli) kəndi.

Qəbul günündə bu kəndlərin 25-ə yaxın sakini iştirak edərək faydalanıb.
Hüquqi yardım mərkəzinin icracı direktoru Əli Bədirov vətəndaşların hər biri ilə tək- tək görüşərək onların hüquqi problemləri ilə tanış olub.
Onlara lazımlı hüquqi məsləhətlər verilib və doğru istiqamətdə işlərinin aparılması üçün mərkəzlə işlərinin hər mərhələsində məsləhətləşmə prosesi planlaşdırıldı. 

"Çalka rayonunun azərbaycanlıların kompakt yaşadığı dört kəndində digər rayonların kəndlərinə nisbətən ailə zorakılığı problemi nisbətən çox az sayda olur. 

Çalka rayonunun sakinləri arasında ən önəmli qlobal problemlərdən biri, bəlkə də ən önəmlisi torpaqların (daşınmaz mülklərin) Dövlət qeydiyyatından keçirməkdə problemlər yaşamaqları və çox zaman ümumiyyətlə qeydiyyatdan keçirə bilməmələridir.

İkinci ən önəmli problem kimi isə vətəndaşların varisliq hüququndan və nə qədər zaman ərzində hara müraciət ediləcəyindən məlumatsız olmalarıdır. Bu və digər problemlərin çoxu da elə soydaşlarımızın hüquqi məslətçilərin bu günə qədər olmamasından qaynaqlanır. Onların anlaya biləcəyi azərbaycan dilində bütün hüquqi məsələlərini müzakirə edib düzgün istiqamət verməklərimiz onları bir çox əlavə problemlərdən siğortalayacaq deyə düşünürəm"- Əli Bədirov.

Xatırladaq ki, qəbul günləri hər həftə həyata keçirilir. Tbilisi və Marneulidə bu cür görüşlər keçmiş həftələrdə baş tutmuşdu.

Qeyd edək ki, növbəti qəbul günləri Bolnisi və Dmanisi rayonlarında baş tutacağı planlaşdırılır.

Bizimlə əlaqə saxlayın