22 
Iyn
2022
13:04
181

Tbilisi meriyası evsiz ailələri mənzillərlə təmin etməyə davam edir

Tbilisi meriyası evsiz ailələrə mənzillərin verilməsini davam etdirir.

lnterPress.ge xəbər verir  ki,  bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.

“Bildiyiniz kimi, bu gün 400 ailə evsiz statusundan istifadə edir. Bu problemi aradan qaldırmaq üçün konkret addımlar atmağa və bu insanlar üçün mənzil almağa başladıq. Proqramın icrasına başlanandan indiyədək ümumilikdə 40 mənzil alınıb. Sözümüz budur ki, yaxın illərdə bu mövzu tamamilə bağlanacaq, heç bir evsiz Tbilisili bələdiyyə mənzilsiz qalmayacaq və hər kəsə  yaşayış sahəsi veriləcək. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik və evsiz statusu olan bütün ailələr mənzillərdən razı qalacaq”, - deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bu statusu əldə etmək üçün vətəndaşlar rayon rəhbərliyinə müraciət etməlidirlər və orada təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat alacaqlar.

Bizimlə əlaqə saxlayın