22 
Iyn
2022
16:10
706

Ana Tsitlidze baş naziri qul və satqın adlandırıb, bundan sonra iclas zalında səs-küy yaranıb

Baş nazir İrakli Qaribaşvilinin illik hesabatını verdiyi parlamentin plenar iclasında səs-küy yaranıb.  

InterPress.ge xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının üzvü Ana Tsitlidzenin baş naziri qul və satqın adlandırması zalda böyük səs-küyə səbəb olub.

Parlamentin spikeri Şalva Papuaşvili bu fikirlərə görə deputatdan gündəmi qorumağını tələb edib, əks halda iclas zalını tərk etməli olacağı ilə bağlı xəbərdarlıq edib.

“Yox, dinləyəcəyik, hər gün dinləyəcəyik. Siz satqınlar partiyasısınız. Başa düşürsən?  Siz satqınsınız, ölkəni satanlar partiyasısınız”, - deyə Qaribaşvili Ana Tsitlidzeyə müraicət edib.

Xəbərdarlığa baxmayaraq, deputat baş nazirə iradlarını bildirməyə davam edib və bu zaman parlamentin sədri Tsitlidzeyə bir daha xəbərdarlıq edib ki, o, iclas zalını tərk etməli olacaq.

"Bitirsin və çıxarın, sonra danışsın", - baş nazir Tsitlidzeyə müraciət edib.

Sonda Ana Tsitlidze iclas zalını tərk etməyib.

 

Bizimlə əlaqə saxlayın