23 
Iyn
2022
10:22
1363

İsveçin keçmiş baş naziri: İrakli Qaribaşvili relsdən çıxdı

İsveçin keçmiş baş naziri Karl Bildt deyib ki, İrakli Qaribaşvili “relsdən çıxıb”.

InterPress.ge xəbər verir ki, Bildt Twitter-də İrakli Qaribaşvilinin “Milli Hərəkat dövründə Karl Bildtin arvadının şirkəti büdcədən milyonlar alıb və bu gün çıxıb bizə dərs deyir” bəyanatında münasibət bildirib. 

“Bu oğlan - mən Gürcüstanın baş nazirini deyirəm - artıq reabilitasiya olmaz. Parlamentdə çıxış edərək həyat yoldaşımı Gürcüstandan milyonlar oğurlamaqda ittiham etməsi onun relsdən çıxdığını göstərir.  Bu, çox yaxşı bir ölkə üçün faciədir", - deyə o yazıb.

Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, Karl Bildt “Milli Hərəkat”ın hakimiyyəti dövründə büdcədən milyonlar götürüb. Baş nazirin Milli Məclisdə çıxışında qeyd etdiyinə görə, büdcədən rüşvət alan lobbiçilərin kimliyini bilir.

Qaribaşvili onlardan biri kimi İsveçin keçmiş baş naziri və xarici işlər naziri Karl Bildtin adını çəkib.

Bizimlə əlaqə saxlayın