23 
Iyn
2022
10:31
336

Baş nazir: Vətənimizin, xalqımızın əmin-amanlığını odla, qılıncla qoruyacağıq, buna heç kimin şübhəsi olmasın

"Vətənimizin, xalqımızın əmin-amanlığını odla, qılıncla qoruyacağıq, buna heç kimin şübhəsi olmasın".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili parlamentin plenar iclasında bildirib.

Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstan hökuməti ölkəyə və gürcü xalqına daha çox tərəqqi gətirmək üçün əlindən gələni edəcək.

“Gürcüstanın gələcəyi Avropadır, ölkəmizin gələcəyi mütərəqqidir və təbii ki, biz xalqımıza daha çox tərəqqi gətirmək, ölkəmizə daha çox inkişaf gətirmək üçün əlimizdən gələni edəcəyik. Sizi əmin edirəm ki, bizim bütün komandamız, bütün “Gürcü Arzusu” ölkədə sülhün, sabitliyin və inkişafın qorunması üçün hər şeyi edəcək. Heç kim bizi bu işdən çəkindirə bilməz, kim hansısa yolla sabitliyimizi pozmağa cürət edərsə, biz bütün qanuni vasitələrlə xalqımızın əmin-amanlığını, firavanlığını qoruyacağıq. Ölkəmizin və xalqımızın əmin-amanlığını atəş və qılıncla qoruyacağıq, buna heç kimin şübhəsi olmasın”, - Baş nazir bildirib.

 

Bizimlə əlaqə saxlayın