Gürcüstana namizəd statusunun verilməməsində müxalifətlə yanaşı, Avropa Xalq Partiyası və Ukrayna hökumətinin nümayəndələrinin də iştirak etdiyini deyən baş nazir İrakli Qaribaşviliyə Avropa Parlamentinin deputatı Maykl Qaler cavab verib.
InterPress.ge xəbər verir ki, Qaler bu barədə Twitter-də yazıb.
Maykl Qalerin sözlərinə görə, gürcü xalqı Avropa Komissiyasının qərarına görə kimi günahlandıracağını yaxşı bilir.
“Mən əminəm ki, Gürcüstanın Avropa gələcəyini nümayiş etdirən gürcü xalqı Gürcüstan hökumətinin qarşısında duran vəzifələrin düzgün və ədalətli həlli üçün Avropa Komissiyasının seçdiyi qərarda kimin günahkar olduğunu daha yaxşı bilir”, - Avropa Parlamentinin deputatı yazıb.
