24 
Iyn
2022
11:32
366

Marneuli-Tetricğaro (Ağbulaq) yolunda yol örtüyünün təmir-bərpa işləri aparılır

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avromobil Yolları Departamenti Marneuli-Tetricğaro (Ağbulaq) avtomobil yolunun 15 km-lik hissəsində bərpa işləri aparır.

InterPress.ge xəbər verir ki, reabilitasiya hissəsi Marneuli və Tetricğaro bələdiyyələrini birləşdirir.

Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, hazırda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Yol hissəsi Tetricğaro bələdiyyəsində, əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir.  Bərpa yolu Tsintskaro kəndindən keçərək Koda-Parçxisi yolu ilə birləşir.

Layihə yolun texniki göstəricilərinin yaxşılaşdırılmasını, arxların və mövcud süni konstruksiyaların təmirini və yenilərinin salınmasını, yerli yollara qoşulmaların, sakinlərin həyətlərinə və avtobus dayanacaqlarına girişlərin təşkilini nəzərdə tutur. Layihə çərçivəsində yolun hərəkət hissəsi nişanlanacaq, yol nişanları düzüləcək.  Layihə dövlət büdcəsindən maliyyələşdirilir və onun dəyəri 9 milyon lariyə qədərdir.

Bizimlə əlaqə saxlayın