InterPress.ge xəbər verir ki, yanğın Cereteli kəndinə yaxın ərazidə baş verib.
Məlumata əsasən, yanğın quru otları və kolları bürüyüb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının qarşısı alınıb və söndürmə işləri davam etdirilir.
InterPress.ge-nin əməkdaşının verdiyi məlumata görə, bəzi yerlərdə yanğın ağaclara da sıçrayıb və yanıb.


