Poniçalada baş verən avtomobil qəzasında 3 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, yol qəzasında 4 avtomobil iştirak edib.
Hadisə şahidlərinin sözlərinə görə, “BMW” markalı avtomobil “Lexus” markalı avtomobillə, daha sonra isə yaxınlıqda dayanmış iki “Mercedes” markalı avtomobillə toqquşub.
Onların sözlərinə görə, “BMW”də olan şəxslər - gənc qız və oğlan qaçaraq gizləniblər.
Qəzada xəsarət alan orta yaşlı kişilər təcili tibbi yardım briqadaları tərəfindən klinikaya aparılıb.
Hadisə yerinə patrul polisi səfərbər edilib.
