Gürcüstanda zəlzələ olub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Seysmik Monitorinq Mərkəzi verib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:49-da qeydə alınıb.
Məlumatına görə, yeraltı təkanların episentri Dmanisi şəhərindən 25 kilometr cənub-qərbdə, Sameba kəndi yaxınlığında yerləşib.
Yeraltı təkanların gücü, ilkin məlumatlara görə, 4,1 bal olub.
