27 
Iyn
2022
13:37
901

Zaur Darğallı Marneulidə bina qəzası ilə bağlı açıqlama verdi

Zaur Darğallı dünən Marneulidə mənzilin eyvanının çökməsi ilə bağlı baş verən faciəyə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.
 
"Bu gün hər bir Marneuli sakini üçün çox ağır, çox kədərli bir gündür. İki vətəndaşımız faciəvi şəkildə həyatını itirib və hər birimiz kədər hissi ilə ailəyə başsağlığı veririk. Dünən axşam saatlarından biz hər iki ailədə olduq, başsağlığı verdik, həmçin aktiv şəkildə məşğuluq ki, orada olanları ekspertizadan keçirərək həqiqətdə buna nəyin səbəb olduğunu üzərə çıxaraq. Qeyd etdiyimiz kimi həm maddi, həm də mənəvi olaraq ailələrin yanındayıq, hərtərəfli köməklik olunacaq. Əlbətdə ki, bu, həmin insanları geri qaytarmağa imkan vermir, ancaq mən çox böyük üzrlə demək istəyirəm ki, hər bir Marneulili kimi biz də çox böyük kədər içindəyik və bu fürsətdən istifadə edib rəhmətə gedənlərə Allahdan rəhmət diləyirəm", - deyə Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı meriyaya heç bir rəsmi məlumat daxil olmayıb.

"Dünən və bu gün müxtəlif insanlar tərəfindən qeyd olunur ki, meriyaya həmin məsələ ilə bağlı müraciət daxil olub, ancaq qeyd etmək istəyirəm ki, meriyaya bu məsələ ilə bağlı heç bir rəsmi məlumat daxil olmayıb", -  deyə Zaur Darğallı qeyd edib.
 

 

Bizimlə əlaqə saxlayın