27 
Iyn
2022
14:58
307

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneulidə dəhşətli qəza ilə bağlı başsağlığı verdi

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneulidə yaşayış binasında eyvanın uçması səbəbindən iki nəfərin həyatını itirdiyi bədbəxt hadisə ilə bağlı başsağlığı verib.

InterPress.ge xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində qeyd olunub.

"26 iyun tarixində Marneuli şəhərinin mərkəzində beşmərtəbəli binada baş verən uçqun nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyimizi bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyə başsağlığında qeyd olunub. 

Məlumat üçün bildirək ki, ötən gün Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsində eyvan uçub, nəticədə 2 nəfər həyatını itirib.


 

Bizimlə əlaqə saxlayın