Gürcüstanda "meymun çiçəyi" ilə bağlı 7 şübhəli hadisə araşdırılıb, onlardan infeksiya heç bir halda təsdiqlənməyib.
lnterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
O qeyd edib ki, ölkədə indiyədək yalnız bir hal laboratoriya tərəfindən təsdiqlənib.
Onun sözlərinə görə, xəstə özünü yaxşı hiss edir və evə buraxılmasından bir həftədən çox vaxt keçib.
