20 
Iyn
2020
23:20
675

Avropalı Gürcüstan partiyası konstitusiya dəyişikliklərini dəstəkləyəcək

Parlament fraksiyası “Avropa Gürcüstanı” konstitusiya dəyişikliklərini dəstəkləyir.

InterPress.ge xəbər verir ki, bu barədə qərar partiya ofisində keçirilən görüşdə verilib.

Konstitusiya dəyişiklikərinin müzakirəsi sabah parlamentin növbədənkənar iclasında aparılacaq.

“Biz məsuliyyətli bir müxalifət olaraq, növbəti qərar verdik: 8 mart razılaşmasının iki əsas komponenti var – bunlar siyasi məhbusların buraxılması və seçki sisteminin dəyişdirilməsidir.

Hazırda heç bir komponent yerinə yetirilməyib.

Giorgi Rurua həbsdə qalır və sabah səs vermə prosesi keçiriləcək.

Bu razılaşmanın bir perspektivi olması adına və “Gürcü arzusu” tərəfindən noyabr ayındaki kimi atılmamaq üçün və həmçinin, prorporsiyonal və ədalətli seçki sisteminə keçmək perpektivini qorumaq üçün, biz qərar verdik və sabahki iclasda iştirak edib, konstitusiya dəyişikliklərini dəstəkləyəcəyik” – dedi Davit Bakradze.

Konstitusiya dəyişikliklərinə əsasən, 2020-ci ilin parlament seçkiləri 120-30 seçki modeli ilə keçiriləcək.

Bizimlə əlaqə saxlayın