“Alt-İnfo” tərəfdarları “Gürcü Arzusu”nun mərkəzi ofisinə doğru gediblər.
InterPress.ge xəbər verir ki, onlar “Gürcüstan!” şüarını səsləndiriblər.
Onlar əllərində Gürcüstan bayraqları tuturlar. Toplananların sözlərinə görə, “Gürcü Arzusu” “Prayd”ın keçirilməsini dəstəkləyir. Onlar “Gürcü Arzusu”nun üzvlərinə müraciət edirlər ki, çıxıb onlarla danışsınlar. Onlar həm də hakim komandanın “Avropa Birliyinin qulu” olduğunu bildirirlər.
Məlumat üçün bildirək ki, “Alt-İnfo” tərəfdarları əvvəlcə qanunverici orqanın yanında aksiya keçirib, daha sonra “Gürcü Arzusu”nun mərkəzi ofisinə keçiblər.
