04 
Iyl
2022
22:16
40018

Dünən şadlıq sarayının həyətində qətlə yetirilən şəxsin kimliyi məlum oldu

Marneulidə dünən bir neçə şahidin gözü önündə öldürülən şəxs 45 yaşlı Vilayət Orucovdur.

InterPress.ge xəbər verir ki, məlumata görə, silahlı basqın qurbanı şəxsi avtomobili ilə şadlıq sarayına gələrək restoran ərazisinə daxil olmaq istəyərkən baş verib, ona 7 atəş açılıb.

Məlum olub ki, hücum edən şəxs qaçarkən "Makarov" tipli silah şadlıq sarayının həyətinə düşüb.

Əldə olan məlumata görə, öldürülən şəxsdə də silah da olub. Orucov hücum edənə cavab atəşi açmaq istəyib, lakin cinayətkar atışmadan dərhal sonra avtomobillə hadisə yerindən qaçıb.

Versiyalardan birinə görə, qanlı hadisənin səbəbi illər əvvəl başlayan münaqişədir. Qətlə yetirilən Orucov 2008-ci ildə qətl törətməkdə təqsirli bilinib. 14 ildən sonra ondan qisas alıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər