05 
Iyl
2022
13:50
471

Rustavidə çoxfunksiyalı “Rustavi Mall və Aparthotel” kompleksi tikilir

Rustavidə çoxfunksiyalı “Rustavi Mall və Aparthotel” kompleksi tikilir.  

InterPress.ge xəbər verir ki, “New Mall” investor şirkətinin həmtəsisçisi bununla bağlı müsahibə verib.

Onun sözlərinə görə,  “Rustavi Mall”un açılışı 2023-cü ilə planlaşdırılır.

Ümumi sərmayəsi 10-15 milyon dollar olan çoxfunksiyalı kompleksdə "Àparthotel" də yer alacaq. Quqa Tsanavanın sözlərinə görə, tikinti prosesi artıq başa çatıb və hazırda brendlərlə danışıqlar aparılır.

Onun sözlərinə görə, ticarət mərkəzi Rustavidə əvvəllər olmayan obyektləri birləşdirəcək.

 "Rustavi Mall-un açılışı koronavirus səbəbilə təxirə salındı. İndi prosesləri qrafikə uyğun izləyirik. Binanın daxili planlamasını tamamladıq və brendlərlə danışıqlara başlayırıq.  Bu, Rustavidə əvvəllər görülməmiş məkanları, o cümlədən iaşə obyektlərini, əyləncə mərkəzlərini, kinoteatrı və s. birləşdirəcək 5 min kvadratmetrlik bir sahə olacaq.

"Aparthotel"ə gəlincə, ilk olaraq ticarət mərkəzi açılacaq, lakin otelin tikinti prosesi müştərilərə narahatlıq yaratmayacaq”, - Quqa Tsanava deyib.

 

 

Bizimlə əlaqə saxlayın