09 
Iyl
2022
00:09
955

Rusiya Prezidenti: "Avropalılar Rusiyanın enerji resurslarını əvəz etməyə çalışırlar"

 Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi enerji bazarlarında fəlakətli qiymət artımlarına gətirib çıxara bilər ki, bu da bütün Avropadakı ev təsərrüfatlarını daha yüksək enerji ödənişləri ilə üzləşdirir.

InterPress.ge xəbər verir ki, bu barədə
Rusiya prezidenti Vladimir Putin bildirib.

“Bəli, biz bilirik ki, avropalılar Rusiyanın enerji resurslarını əvəz etməyə çalışırlar. Lakin biz gözləyirik ki, bu cür hərəkətlərin nəticəsi birjada qazın qiymətinin artması və istehlakçılar üçün enerji resurslarının bahalaşması olacaq”, - deyə Putin bildirib.

Kreml rəhbərinin sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi onları tətbiq edən ölkələrə daha çox ziyan vurur. Sanksiyaların sonrakı tətbiqi qlobal enerji bazarı üçün daha da şiddətli, şişirtmədən, hətta fəlakətli nəticələrə səbəb ola bilər”,- V. Putin.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər