Bu gün Gürcüstanda beşinci zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, məlumatı Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
“Bu gün Tbilisi vaxtı ilə saat 10:14-də Gürcüstan-Ermənistan sərhədi yaxınlığında 3,1 bal gücündə zəlzələ baş verdi”, - məlumatda deyilir.
İlk zəlzələ saat 07:36-da baş verib. Zəlzələnin episentri Dmani yaxınlığındakı Sameba kəndində olub.
İkinci zəlzələ - saat 09:10-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndində qeydə alınıb və 4,5 bal gücündə olub.
Üçüncü zəlzələ - saat 09:18-də Gürcüstan-Ermənistan sərhədi yaxınlığında qeydə alınıb və 3,0 bal gücündə olub.
Dördüncü zəlzələ Gürcüstan-Ermənistan sərhədi yaxınlığında baş verib və 3,1 bal gücündə olub.
