Azərbaycan Respublikasının şəhərləri ilə Kvemo Kartli regionunun bələdiyyələri arasında qardaşlıq memorandumu imzalandı
Azərbaycan Respublikasının şəhərləri ilə Kvemo Kartli regionunun bələdiyyələri arasında qardaşlıq memorandumu imzalanıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli dövlət nümayəndəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Gürcüstan və Azərbaycanın aşağıdakı şəhərləri arasında qardaşlıq memorandumu imzalanıb: Marneuli - Şəmkir; Qardaban - Ağstafa; Bolnis - Göygöl; Dmanis - Daşkəsən.
“Bu gün Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə birlikdə Azərbaycanın iqtisadiyyat naziri Mixail Cabarovla görüşdük.
Azərbaycan və Kvemo Kartli şəhərləri arasında imzalanmış qardaşlıq memorandumu dostluğumuzu və əməkdaşlığımızı daha da möhkəmləndirəcək, Kvemo Kartli regionu ilə Azərbaycan şəhərləri arasında iqtisadi, təhsil, turizm və mədəniyyət sahələrində səmərəli əməkdaşlıq və sektoral əlaqələrin genişləndirilməsinə töhfə verəcək”, - deyə Kvemo Kartlinin dövlət nümayəndəsi Qiorqi Doxturişvili bildirib.
Həmçinin məlumatda qeyd olunduğuna görə, Qiorqi Doxturişvili regional nümayəndə heyəti ilə birlikdə Diasporla İş üzrə Dövlət Komitəsində görüşmüş, “Əbədi məşəl” abidəsini ziyarət etmiş, şəhidlər xiyabanını və məzarlarını gül-çiçəklə bəzəmişdir.
Qiorqi Doxturişvili ilə birlikdə regional nümayəndə heyətini dövlət komissarının müavini Nika Kobaxidze və şəhər bələdiyyələrinin merləri: Davit Karqareteli, Nino Laçabidze, Davit Şerazadişvili, Kənan Ömərov, Koba Muradaşvili, İlia Sabadze, Qiorqi Ciklauri, Marneuli Şəhər Şurasının sədri, Amiran Giorgadze, Rustavi Şəhər Şurasının üzvü Mamuka Xelai və Kvemo Kartli Regional İnkişaf Agentliyinin rəhbəri Mixail Ğuçkaya təmsil ediblər.


