Rus işğalçıları Donetskin Baxmut şəhərini “Uraqan” raketləri ilə bombalayıb
Ukrayna Baş Prokurorluğundan verilən məlumata görə, Rusiya qüvvələri Donetsk vilayətinin Baxmut şəhərini “Uraqan” tipli çoxsaylı raket sistemlərindən istifadə etməklə bombalayıb, nəticədə 6 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“İşğalçıların mərmiləri yerli bazarın administrasiyasına və dükanlara düşüb. Mina partlaması nəticəsində 6 vətəndaş yaralanıb. Bundan əlavə, təxminən on yaşayış binası və fərdi tikili dağıdılıb və ya zədələnib, nəqliyyat vasitələri yanıb”, - məlumatda deyilir.
KİV-in verdiyi məlumata görə, faktla bağlı müharibə qanunlarının və qaydalarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı cinayət işi açılıb.
Bundan əlavə, Ukrayna mətbuatının yazdığına görə, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir, araşdırmalar davam edir.


