Rus işğalçı qüvvələrinin Xarkov vilayətini bombalaması insan itkisi ilə nəticələnib
Rusiya işğalçı qüvvələrinin Ukraynanın Xarkov vilayətini bombalaması insan tələfatı ilə nəticələnib.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, raket hücumu yaşayış məntəqəsinə qarşı həyata keçirilib.
Rusiya ordusunun bölmələri Sumı vilayətinin üç yaşayış məntəqəsini artilleriya atəşinə tutub. Ukrayna mətbuatının verdiyi məlumata görə, rus işğalçı qüvvələri Baxmut rayonuna hücuma keçib.
Mərmilərin partlaması nəticəsində 3 azyaşlı yaralanıb. Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Nikopol şəhərinə artilleriya hücumu edib. Bildirilib ki, ruslar tərəfindən işğal olunmuş və referendum keçirməyi planlaşdırdıqları Melitopol şəhərində də partlayış səsləri eşidilib.
Ukrayna ordusu Rusiya ordusunun Luqansk vilayətində yerləşən anbarını və komanda məntəqəsini bombalayıb. Xerson vilayətində Rusiya hərbi bazası da Ukrayna ordusu tərəfindən məhv edilib.


