18 
Iyl
2022
13:08
300

Rəcəb Tayyib Ərdoğan İranda Vladimir Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda Vladimir Putinlə görüşəcək. 

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Verilən məlumata görə, Türkiyə prezidenti İran prezidenti İbrahim Rəisin dəvəti ilə iyulun 18-19-da Tehrana səfər edəcək və burada Astana formatının 7-ci üçtərəfli görüşündə iştirak edəcək. Görüşdə Türkiyə və İran prezidentləri ilə yanaşı, Rusiya prezidenti də iştirak edəcək.

Məlumata görə, üçtərəfli görüşdə Suriyada baş verən proseslər, həmçinin terror təşkilatları, xüsusilə PKK/YPG və DAESH ilə mübarizə, humanitar məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, prezident administrasiyasının yazdığına əsasən, sammit çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin ayrıca görüşü nəzərdə tutulub.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər