Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş elmi konfrans keçirilib- FOTO

330
Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş elmi konfrans keçirilib- FOTO
Dinləmək üçün basın

Bu gün Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan - Gürcüstan: əsrlərin sınağından keçmiş dostluq irsi” adlı beynəlxalq elmi-praktiki konfrans…

Bu gün Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan - Gürcüstan: əsrlərin sınağından keçmiş dostluq irsi” adlı beynəlxalq elmi-praktiki  konfrans keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə AR Gürcüstandakı səfirliyi, Gürcüstanın Beynəlxalq Qafqaz Universiteti və Avrasiya Beynəlxlaq İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı və gürcü diplomatlar, alim və tədqiqatçılar iştirak ediblər. 

Tədbirin açılışında təbrik nitqi ilə çıxış edən Gürcüstan Xarici İşlər Nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Milli muzeyinin Baş direktoru David Lortkipanidze və Azərbaycanın Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan - Gürcüstan strateji tərəfdaşlığının dərin tarixi köklərə malik olduğunu, iki xalq arasında dostluq bağları, Gürcü və Azərbaycanlıların ortaq talelərindən irəli gələn qardaşlıq bünövrəsi üzərində qurulduğunu qeyd etdilər.

Daha sonra AMEA Tarix İnstitutunun direktoru professor Kərim Şükürov və Qafqaz Beynəlxalq Universitetinin rektoru professor Ketevan Şoşiaşvilinin həmsədrliyi ilə keçirilən akademik panel müzakirələrində  azərbaycanlı və gürcü alimlər qarşılıqlı münasibətlərin tarixi, xüsusilə Azərbaycan və Gürcüstanın 20-ci əsrin əvvəlində və sonunda dövlət müstəqilliyi uğrunda mübarizə yolunda əməkdaşlığı, Cənubi Qafqazda sülh naminə tərəfdaşlığı, həmçinin xalqlarımızın qarşılığlı mədəni təsiri haqqında  məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində iki ölkənin alimləri arasında birgə tədqiqat layihələrinin genişləndirilməsi, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi haqqında birgə elmi məcmuanın nəşri məqsədilə işçi qrup yaradıldı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →