Həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinərək saxlanılan 68 yaşlı qadına həbs cəzası verildi
29 yaşlı həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinərək saxlanılan 68 yaşlı qadın barəsində Qori Rayon Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
lnterPress.ge xəbər verir ki, hakim Qoqa Kupreişvili ittiham tərəfinin vəsatəti ilə tam razılaşıb.
İttiham tərəfi 68 yaşlı qadını Mülki Məcəllənin 117-ci maddəsinin 5 ildən 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 2-ci hissəsi ilə ittiham edib.
İş üzrə prokuror təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbiri seçilməsini hakimdən xahiş edib.
Müdafiə tərəfinin mövqeyi fərqlidir. Prosesdə vəkilin bildirdiyinə görə, müvəkkili barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas olmayıb və müvafiq olaraq o, 2000 lari girov müqabilində şərti azadlığa buraxılması barədə vəsatət qaldırsa da, hakim müdafiə tərəfinin vəsatəti ilə razılaşmayıb.
Təqsirləndirilən şəxsin özünə gəlincə, o, cinayəti etiraf etmir və susmaq hüququndan istifadə edir.
Mərhumun ailəsi təqsirləndirilən şəxslərə qarşı sərt tədbirlərin görülməsini tələb edir.
“Oğlumun qətlinə görə ona ağır cəza verilməlidir, vəkil onun günahsız olduğunu necə iddia edir? Üstəlik oğluma ölümcül xəsarət yetirməmişdən əvvəl 5 kişi onu döyüblər, bu qadının oğlu dava salıb, əvvəlcə oğlumu döyüb, haradadır, niyə gizlədilib, o da şərik kimi cavab verməlidir”, - deyə mərhumun atası Biçiko Qvimradze bildirib.
Məlumat üçün bildirək ki, Karbi kəndində iki həftə əvvəl ev zəminində həmkəndliləri arasında baş verən dava zamanı 68 yaşlı qadın 29 yaşlı kişiyə daş atıb, kişi başından ağır xəsarət alıb. Təcili cərrahi əməliyyata və sonrakı reanimasiya tədbirlərinə baxmayaraq, zərərçəkmiş xəstəxanada dünyasını dəyişib.


