Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kobaxidze: "İctimaiyyət səfirin hansı tərəfdə olduğunu bilməlidir"

500
Kobaxidze: "İctimaiyyət səfirin hansı tərəfdə olduğunu bilməlidir"
Dinləmək üçün basın

Avropa Parlamentində qəbul edilən partiyamızın təsisçisi olan Bidzina İvanişvilinin cəzalandırılmalı olduğu qeyd edilən belə bir qətnamə qütbləşməni alovlandırır, səfirin mövqeyi isə qütbləşməni qızışdırır.

Avropa Parlamentində qəbul edilən partiyamızın təsisçisi olan Bidzina İvanişvilinin cəzalandırılmalı olduğu qeyd edilən belə bir qətnamə qütbləşməni alovlandırır, səfirin mövqeyi isə qütbləşməni qızışdırır. 

InterPress.ge bu barədə "Gürcü arzusu"nun sədri İrakli Kobaxidze bildirib.

Onun qeyd etdiyinə görə, ictimaiyyət səfirin qütbləşmə tərəfində yoxsa depolarizasiya tərəfində olduğunu bilməlidir.

"Biz bilirik ki, həddindən artıq qütbləşmə Gürcüstanda problemdir, ona görə də hər kəsin qütbləşməni qızışdıran fəaliyyətlərdən ayrılması vacibdir. Məsələn, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə  bizim partiyanın yaradıcısı olan Bidzina İvanişvilinin cəzalandırılması lazım olduğu qeyd olunur. Buna isə heç bir arqument, heç bir əsas yoxdur və təbii ki, belə bir qətnamə qütbləşməni qızışdırır. Səfirin isə mövqeyi qütbləşməni qızışdırır. Ona görə də bu ölkədə qütbləşmənin qızışdırılması və azaldılmasında hər kəsin üzərinə düşən məsuliyyət var və hər kəs buna uyğun hərəkət etməlidir. Cəmiyyət səfirin qütbləşmənin tərəfindədir yoxsa depolarizasiya tərəfində olduğunu bilməlidir",- Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →