28 
Iyl
2022
22:29
9704

Gürcüstanda qızılın qiyməti aşağı düşüb

Gürcüstanda qızıl ucuzlaşıb.

InterPress.ge xəbər verir ki, “Qızıl birjaları” son iki ayda həm metal qırıntılarının, həm də zinət əşyalarının qiymətinin 40-50 lari ucuzlaşdığını bildirir.

Ticarətçilərin verdiyi məlumata görə, Rustavidə qiymət dəyişikliyi qızıl-zinət əşyalarında özünü göstərir, əgər əvvəllər qızılın 1 qramı 155 lari idisə, indi qiymət 125 lariyə düşüb.

"Qiymətlər azalıb, qızılın 1 qramının qiyməti 125 laridən başlayır. Bundan əvvəl 145-155 laridən başlayırdı.  "Bacaxlo"nun 1 qramı 220 lari idisə, indi 160-170 laridir. Dollar ucuzlaşanda, Qızılın qiyməti də aşağı düşür" - ticarətçilərdən biri deyir.

Bəzi ticarətçilər isə larinin məzənnəsinin möhkəmlənməsinin hələ də qızılın qiymətində əks olunmadığını deyirlər.

Bizimlə əlaqə saxlayın