Marneulidə "drift" edən və havaya atəş açan şəxslər cərimələndi
Mediada Marneuli bələdiyyəsində toy kortejinin hərəkəti və silahların havaya atılmasının görüntülərini əks etdirən video yayılıb.
lnterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalara başlanılıb.
DİN-in Strateji Kommunikasiyalar İdarəsinin məlumatında qeyd olunub ki, hadisəni törədən şəxslər müəyyən edilərək, onlardan silah-sursat götürülüb.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriş aldıqdan dərhal sonra faktla bağlı araşdırmalara başlayıblar. Polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanun pozucuları qısa müddətdə müəyyən edilərək cərimələniblər.
Konkret olaraq: Kadrlarda təsvir olunan avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 125-ci (fövqəladə vəziyyət yaratma) maddəsi ilə, 2 nəfər isə həmin Məcəllənin 181-3-cü (silah daşıma qaydalarını pozma) maddəsi ilə cərimə olunub. Polis cinayətkarların hər iki səs tapancasına əl qoyub", - deyə məlumatda qeyd olunub.


