02 
Avq
2022
10:42
429

Ədliyyə Nazirliyi tərəfindən yeni platforma yaradılır

Nazirlik sistemində aparılan islahatlara, qanun yaradıcılığı fəaliyyətinə, siyasi sənədlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə akademik dairələri və elmi ictimaiyyəti cəlb etmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən yeni platforma yaradılır. Ədliyyə naziri Rati Breqadzenin qərarına əsasən, qurumun nəzdində hüququn müxtəlif sahələri üzrə tanınmış mütəxəssislərdən ibarət elmi-məsləhət şurası yaradılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Elmi Məsləhət Şurası ədliyyə nazirinə təqdim olunacaq qanun layihələrini, konsepsiyaları, nəticə və rəyləri hazırlayacaq; Bu elmi və ekspert təklifləri Ədliyyə Nazirliyinin müxtəlif fəaliyyət sahələrində nəzərə alınacaq.

Qanun yaradıcılığı prosesinin elmi nəticələrə və analitikaya əsaslanan təşviqi Ədliyyə Nazirliyinin 10 illik strategiyasının əsas prioritetlərindən biridir. Bu məqsədlə ötən il ikidilli “Ədalət” hüquq jurnalı təsis edilib ki, bu jurnal rüblük, resenziyalı nəşrdir. Elmi Məsləhət Şurasının iclasında rəmzi olaraq jurnalın 2-ci nömrəsinin təqdimatı keçirilib.

Şuranın üzvlərinə Ədliyyə Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin hüquq fakültələrinin rəhbərləri və professorlar daxildir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər