02 
Avq
2022
16:03
370

"Mixeil Saakaşvilinin siyasətdən uzaqlaşmasının hər-hansı bir dəyişikliyə səbəb olacağını düşünmürəm" - Sarcveladze

"Düşünmürəm ki, bu gün Mixeil Saakaşvilinin Gürcüstan siyasətindəki nüfuzu, avtoriteti və çəkisi o qədər miqyasdadır ki, onun siyasətdən uzaqlaşması hər hansı dəyişikliyə səbəb olsun və siyasətə ciddi təsir etsin - bu bizim üçün əhəmiyyətli deyil".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcü Arzusu”nun deputatı Mixeil Sarcveladze açıqlama verib.

Sarcveladze mediaya müraciət edərək Gürcüstan siyasətində Mixeil Saakaşvili faktorundan danışarkən yanlış gözləntilər yaratmamağa çağırıb.

“O, elə miqyasda və ölçüdə deyil ki, biz böyük təsir göstərəcəyini gözləyək – siyasətdə qalmaq istəyir qalsın, getmək istəyir getsin, bu, Gürcüstan siyasətinin mənzərəsini keyfiyyətcə dəyişmir. Bunun nəyə təsir edə biləcəyi məsələsinə gəlincə, bu, şübhəsiz ki, “Milli Hərəkatın” reputasiyasına böyük təsir göstərəcək”, - Sarcveladze bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin Gürcüstan siyasətindən geri çəkilməsi məsələsini cəzanın icrası ilə əlaqələndirmək olmaz.

"Cəzanın icrası, o cümlədən məhbusun müalicəsi və onun hüquqlarının təmin edilməsi ilə bağlı məsələlər siyasətdə olub-olmaması ilə bağlı deyil. Bunları bir-birinə bağlamaq və onlardan ticarət mövzusu kimi istifadə etmək qətiyyən mümkün deyil”, - Mixeil Sarcveladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər