23 
Iyn
2020
08:20
1640

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər ediləcək

Gürcüstanın Seçki Məcəlləsinə koronavirus pandemiyası ilə bağlı dəyişikliklər ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın parlament sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdə builki parlament seçkilərinin keçirilməsi üçün təhlükəsiz mühitin yaradılması nəzərdə tutulub.

Spiker deyib ki, sənəddə karantində olan şəxslərin səsvermə hüququndan istifadə, seçki məntəqəsində tibbi maskadan istifadə, əllərin dezinfeksiyaedici məhlulla yuyulması və digər təhlükəsizlik tədbirləri yer alacaq: “Bu qaydalar bir tərəfdən minimal olacaq, digər tərəfdən isə seçki hüqunundan istifadəni məhdudlaşdırmayacaq”.

Gürcüstanın baş epidemioloqu, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, öz növbəsində, bildirib ki, ölkədəki cari epidemioloji vəziyyət parlament seçkilərinin vaxtında keçirilməsinə imkan verir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu ilin oktyabrın 31-də keçiriləcək. (Report)

Bizimlə əlaqə saxlayın