Bu gün dermatoloq- veneroloq xəstəliklər dispanserində atışma olub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Rustavi 2” yayıb.
İlkin məlumata görə, həkim hazırda əməliyyat olunan həmkarına xəsarət yetirib.
Klinikanın rəhbəri, dermatoloq-veneroloq Qiorqi Qaldava yaralanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin adam öldürməyə cəhdi nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq başlayıb.
