10 
Avq
2022
17:06
492

Saakaşvilinin vəkili: "O, çox arıqlayıb və qızdırmadan əziyyət çəkir"

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkillərindən biri Şalva Xaçapuridzenin sözlərinə görə, Saakaşvili ona bildirib ki, o, xeyli arıqlayıb və son vaxtlar yüksək təzyiq və qızdırmadan əziyyət çəkir.

InterPress.ge xəbər verir ki, bu barədə Şalva Xaçapuridze Mixeil Saakaşvili ilə goruşdükdən sonra jurnalistlərə açıqlama verib.

“Mənə dedi ki, səhhətinin vəziyyəti yaxşı deyil, bu günlərdə qızdırması var, təzyiqi yüksək olub, iltihabi proses hələ də inkişaf edir, həkimlər ona diqqət yetirib, düzgün müalicə edirlər, onlardan razıdır. O, amerikalı mütəxəssislərə gorə Səhiyyə Nazirliyinin icazə verib-verməyəcəyi  maraqlanıb. Söhbət əsasən bununla bağlı olub”,-vəkil bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşviliyə əlavə tədqiqatlar tapşırılıb. Bundan əlavə, o qeyd edib ki, Səhiyyə Nazirliyinin icazəsindən sonra Gürcüstana 4 ekspert və bir hüquqşünas gələcək.

“Səhiyyə Nazirliyindən heç bir gecikməmiz yoxdur, onlar operativ işləyirlər və bizə söz verirlər ki, bu prosesi çox tez başa çatdıracaqlar. Hesab edirik ki, bu, avqustun 20-22-nə qədər baş tutmalıdır. Biz məhkəməni ayın sonuna qədər başlamaq istəyirik”, - Xaçapuridze bildirib.

Bizimlə əlaqə saxlayın