10 
Avq
2022
21:52
323

Batumi-Çakvini birləşdirən mərkəzi magistralda ağır yol qəzası baş verdi - Yaralılar var

Batumi-Çakvini birləşdirən mərkəzi magistralda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

InterPress.ge xəbər verir ki, yaralılar Batumi klinikasına yerləşdirilib.

Yerli sakinlərin sözlərinə görə, yol-nəqliyyat hadisəsi tunelin yaxınlığında baş verib və iki avtomobil toqquşub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər edilib.

 

Bizimlə əlaqə saxlayın