Kutaisi şəhərinin Nikea küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
lnterPress.ge xəbər verir ki, mövcud məlumata görə, qəza nəticəsində bir nəfər həyatını itirib.
Hazırda yol-nəqliyyat hadisəsinin səbəbləri və hadisənin digər əlavə təfərrüatları məlum deyil.
Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
